AZ

"COP-29 konfransında iştirak etmə!" - Pezeşkiana təzyiqlər var

İranın radikal “Bəsic Tələbə Hərəkatı” Bakıda keçiriləcək COP-29 konfransı ərəfəsində İran Prezidenti Məsud Pezeşkiandan açıq şəkildə bu sammiti boykot etməsini istəyib.

"AzPolitika" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, guya bəziləri saxta hesablamalar aparmaqla, İranı konfransında iştirak etməyə və BMT Konvensiyasi qarşısında “əsassız öhdəliklər” götürməyə məcbur etməyə çalışırlar. 

Qeyd olunur ki, “sionist rejim" son bir ildə bir sıra beynəlxalq qurumlardan istifadə edərək toplantılarda aldadıcı şəkildə iştirak etməklə Fələstin və Livana hücumları ört-basdır etməyə səy göstərib. İddilara görə, İsrail son fəaliyyətində Azərbaycanda keçiriləcək COP-29 konfransının gedişatını öz maraqlarına uyğun dizayn etməyə hazırlaşır.

"AzPolitika.info"

Seçilən
47
azpolitika.info

1Mənbələr