Bakı. Trend:
Noyabrın 1-də saat 13 radələrində Xaçmaz rayonu ərazisində1967-ci il təvəllüdlü İlham Rüstəmovun öldürülməsi barədə rayonprokurorluğuna məlumat daxil olub.
Xaçmaz rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı1981-ci il təvəllüdlü Rəhman Cavadovun şəxsi münasibətlər zəminindəİlham Rüstəmova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinəəsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraqistintaq aparılır.
Hadisədən sonra könüllü olaraq polisə təslim olan Rəhman Cavadovprokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.