AZ

Xaçmazda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Xaçmaz rayonu ərazisində noyabrın birində saat 13 radələrində 1967-ci il təvəllüdlü İlham Rüstəmovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub...

Bu barədə "Report"a Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1981-ci il təvəllüdlü Rəhman Cavadovun şəxsi münasibətlər zəminində İlham Rüstəmova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib:

"Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Rəhman Cavadov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub".

Poliqon.info

Seçilən
10
15
poliqon.info

10Mənbələr