Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən Mia.az-a bildirib ki, Azərbaycan İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacib məsələlərdən biri olan aqrar sığorta sistemi, Aqrar Sığorta Fondunun fəaliyyəti, fermerlərin aqrar sığorta risklərinin idarə edilməsi, sığorta qanunvericiliyi, tənzimləmə və nəzarət, aqrar sığorta sxeminin konseptual əsaslarının (modelin) təkmilləşdirilməsi məsələsi yer alıb.