İspaniyanın şərqində daşqınlar nəticəsində ən azı 250 nəfər itkin düşüb.
KONKRET.az “The Times”ə istinadən xəbər verir ki, təbii fəlakət 160-dan çox insanın həyatına son qoyub. Həlak olanların cəsədlərinin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam edir. İspaniya hökuməti leysan yağışları və daşqınlar nəticəsində həlak olanların xatirəsinə üç günlük matəm elan edib. Daşqınlardan ən çox zərər çəkən Valensiya vilayətidir. Ölənlərin 155 nəfərinin Valensiyadandır. “El Pais” qəzeti yazır ki, yeni yağıntılar səbəbindən Valensiya vilayətinin bir hissəsində narıncı, Huelva bölgəsində isə qırmızı səviyyə elan edilib. Axtarış-xilasetmə əməliyyatlarına daha 500 əsgər cəlb olunub.
Vəli Həsənoğlu,
KONKRET.az