AZ

İranda əl kəsmək hökmü: Cəza, yoxsa işgəncə?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranda müəyyən fasilədən sonra yenidən ölkə məhkəmələri tərəfindən məhbuslar barəsində çıxarılmış əl kəsmək hökmlərinin icrasına başlanılıb. Belə ki, oktyabrın 29-da səhər Urmiya mərkəzi həbsxanasında Mehrdad Teymuri və Şəhab Teymuri adlı iki qardaşın sağ əlinin dörd barmağı gilyotinlə kəsilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Oğurluq etdikləri üçün bu cəzaya məhkum olunan 34 və 39 yaşlı qardaşların əl barmaqlarının kəsilməsi məhkəmə orqanı nümayəndəsinin və həbsxana rəhbərliyinin iştirakı ilə həyata keçirilib. Verilən məlumata görə, bundan sonra məhbuslar zəruri tibbi prosedur üçün Urmiyadakı Xomeyni adına xəstəxananın xüsusi şöbəsinə aparılıb və müəyyən vaxtdan sonra yenidən həbsxanadakı təkadamlıq kameralarına qaytarılıblar. Hökmün icrasından sonra hələlik onların ailə üzvləri və qohumları ilə görüşünə imkan verilməyib. Teymuri qardaşlarının yaxınlarından birinin yerli hüquq-müdafiə təşkilatlarına verdiyi məlumata əsasən, onların əllərinin kəsilməsi barədə hökmün icrası Urmiya prokuroru Hüseyn Məcidinin təzyiqi nəticəsində baş tutub. Bildirilir ki, hazırda Urmiya mərkəzi həbsxanasında eyni cəzaya məhkum olunmuş daha beş məhbus saxlanılır və insan haqları təşkilatları onların barəsində də hökmün icra oluna biləcəyi ilə bağlı ciddi narahatlıq keçirir.
Bu hadisə dünya mediasında gündəmə gədikdən sonra bir sıra beynəlxalq insan haqları təşkilatları da məsələyə münasibət bildirib. O cümlədən, Beynəlxalq Əfv Təşkilatı - "Amnesty İnternational" məhkumların əlinin amputasiyasına kəskin etirazını bildirərək "beynəlxalq ictimaiyyəti dövlət tərəfindən sanksiyalaşdırılan bu işgəncənin dayandırılmasından ötrü təcili hərəkətə keçməyə və İran hakimiyyətinə fiziki cəzanın bütün növlərini ləğv etmək üçün təzyiq göstərməyə çağırıb".
Təşkilatın yaydığı bəyanatda deyilir: "Cəza növü kimi amputasiya işgəncədir, bu isə beynəlxalq hüquqa görə cinayətdir və İranın da qoşulduğu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsinə əsasən, qadağandır".
Sözügedən təşkilat əvvəllər də belə hallarla əlaqədar dəfələrlə bəyanatlar yayıb və cəza kimi əlin kəsilməsini insanlığa zidd addım kimi qiymətləndirərək öncəki bəyanatlarından birində bildirib: "Bir insanın əlini kəsmək və bilərəkdən onu şikəst etmək ədalət deyil, açıq-aşkar işgəncədir. Xüsusən, belə bir hökmün həbsxana rəhbərliyinin və digər rəsmilərin gözü qarşısında icra olunması utandırıcı haldır".
Seçilən
29
40
oxu.az

10Mənbələr