AZ

“Mirvari” gəmisində Xəzər turu: Təhlükəsizlik necə təmin olunacaq? - MÜSAHİBƏ

Bakı bulvarında 2022-ci ildən gəmi gəzintisinə fasilə verilmişdi.

İlin əvvəlindən batimetriya (dənizin dərinliyinin ölçülməsi) işləri aparıldı, nəticəsində gəminin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyənləşdi. Əgər 2022-ci ilə qədər Milli Parkda gəmilər “Sadko” körpüsünün yanından hərəkət edirdisə, yeni maaşrut xəttinə əsasən Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. 

“Mirvari” gəmisi yenidən fəaliyyətə başlaması ilə əlaqədər Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva “Cebheinfo.az”-ın suallarını cavablandırıb.

- Əfsanə xanım, 2 illik fasilədən sonra “Mirvari”gəmisi fəaliyyətə başladı.Necə oldu ki, belə qərar verildi? 

- Bilirsiniz ki, dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar Bakı bulvarında 2022-ci ildən gəmi gəzintisinə müvəqqəti olaraq fasilə vermişdi. Lakin bu ilin əvvəlindən dənizin dərinliyi ölçülüb və nəticədə gəminin təhlükəsiz hərəkəti üçün yeni marşrut müəyyən edildi. Əvəllər gəmilər ənənəvi “Sadko” körpüsünün yanından hərəkət edirdisə, yeni maaşrut xəttinə əsasən Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək.

- Mirvari gəmisində biletlərin qiyməti necə müəyyənləşəcək?

- “Mirvari” gəmisində biletlərin qiyməti əvvəlki kimidir. Qiymətlər gəmidə yerinə və mərtəbəsinə görə 5-10 manat arasında dəyişir. Bu tariflər hələ 2015-ci ildə müəyyənləşdirilib. Qeyd edim ki, 6 yaşa qədər uşaqlara giriş pulsuzdur.

- Gəmidə səyahət müddəti nə qədər çəkir?

- 30-40 dəqiqə arasında dəyişir.

- Gəmidən istifadə edən sərnişinlərin sayında artım olacaqsa, əlavə gəmi də gətirilə bilər?

- Əlbəttə, bu məsələyə baxıla bilər. Lakin gəminin fəaliyyəti yeni başladığın üçün hələlik nəsə demək tezdir. 

- Gəmidə sərnişinlərin təhlükəsizliyi necə təmin olunub?

- Gəmidə sərnişinlərin mühafizəni Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xdməti tam şəkildə təmin edir. 

Seçilən
41
cebheinfo.az

1Mənbələr