“Microsoft”, “Windows 10” istifadəçiləri üçün təhlükəsizlik yeniləmələrini daha bir il təmin edəcəyini açıqladı.

İndex.az xəbər verir ki, “Windows 10” üçün rəsmi dəstək 10 oktyabr 2025-ci ildə başa çatır.

Bu tarixdən sonra “Microsoft” təhlükəsizliklə maraqlanan istifadəçilərinə ödəniş müqabilində əlavə bir il təhlükəsizlik yeniləmələri təqdim edəcək. İstifadəçilər artıq bir il üçün 30 dollar ödəməlidirlər.

Bu qiymətlər korporativ müştərilər üçün olduqca yüksəkdir.