AZ

Əminə Ağazadə Qanunda dəyişiklik edilməsi layihəsi barədə çıxış etdi

Bu gün  Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda gündəliyə daxil olan məsələdə  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə geniş məlumat verildiyini, hər hansı dəyişikliyin olmadığı deyib və layihənin səsə qoyulmasını xahiş edib.  Layihədə dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunlara ixtisas dərəcələrinin xüsusi, hərbi və diplomatik rütbələrin nəzərə alınması ilə bağlı maddələr əlavə olunur. Belə ki, dövlət qulluğunun xüsusi növünə işə qəbul olunan şəxslərin malik olduqları ixtisas dərəcələri, xüsusi, hərbi və diplomatik rütbələri müvafiq xüsusi rütbələrlə uyğunlaşdırılacaqdır.

Müzakirələrdə parlamentin komitə sədri Siyavuş Novruzov təklif olunan dəyişikliklərin təqdirəlayiq olduğunu deyib və bəzi qeydlərini açıqlayıb.

Deputat Əminə Ağazadə səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Seçilən
44
xalq.az

1Mənbələr