AZ

Birinci Qarabağ müharibəsi şəhidi Ramiz Mahmudov Zaqatalada dəfn edildi - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən Ramiz Mahmudovun meyitinin qalıqları Zaqatala rayonunda torpağa tapşırılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidin nəşi Zaqatala rayonunda izdihamla qarşılanıb.

Vida mərasimində cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub. Daha sonra kənd qəbiristanlığında dəfn mərasimi keçirilib. Şəhidin nəşi yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
 

Şəhidin bacısı Rahilə Mahmudova illərdir qardaşının nəşinin tapılması üçün çalışdıqlarını, nəhayət həmin şad xəbəri eşitdiklərini bildirir: “Xoşbəxtəm, çünki, azad torpaqlarımız var. 30 il idi həsrətlə gözləyirdik. Artıq bilirəm ki, qardaşımın qəbri var, yeri var, yurdu var, ona görə də sevinirəm. Başda Ali Baş Komandanımız Prezident İlham Əliyev cənabları olmaqla, hər kəsə ailəm adından təşəkkür edirəm. İnanıram ki, mənim kimi gözü yol çəkən ana-bacıların da intizarına tezliklə son veriləcək”.


Qeyd edək ki, Mahmudov Ramiz Mahmud oğlu 1975-ci il iyulun 11-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. O, 1994-cü ilin aprelində Tərtərin Seysulan kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
23
1
bizim.media

2Mənbələr