AZ

“Qərb hakim “Gürcü Arzusu” partiyası ilə dialoqa girməyə məcbur olacaq, çünki…” – İLGİNC SƏBƏBLƏR

Gürcüstanda seçkidən sonra baş verən etirazlar və bunun fonunda yaşanan gərginliklər səngimək bilmir.

Müxalifət seçkinin nəticələrinin ləğv olunmasını, təkrar seçkilərin keçirilməsini tələb etsə də, hakim “Gürcü Arzusu” bununəleyhinə çıxış edir. Hazırda Gürcüstan Qərb və Rusiya arasında mübarizə meydanına çevrilib. Bəs görəsən, Gürcüstanda proseslər necə cərəyan edəcək, etirazlar nə ilə nəticələnəcək? Etirazlar nəticə verəcəkmi?

Mövzunu “KONKRET.az“a şərh edən politoloq Turan Rzayev bildirib ki, Gürcüstanda hazırda baş verən etiraz aksiyaları gözlənilən idi:

“Qərb bu nəticələri dəyişmək üçün öz resurslarını səfərbər edib maksimum təzyiq göstərməyə çalışır. Amma bu aksiyaların heç bir nəticəsi olmayacaq. Çünki “Gürcü Arzusu” seçkilərdə demokratik yolla qələbə qazanıb. Eyi zamanda qanun pozuntularının olub-olmaması ilə bağlı məsələlər araşdırılır. Qanun pozuntuları varsa belə, bununla bağlı apellyasiya şikayəti verilməsi mümkündür. Amma bu, Qərbin variantıdır. Qərb hər zaman Gürcüstanda bu cür addımlar atıb. Hesab edirəm ki, aksiyalar nəticəsiz bitəcək. Bundan sonra Qərb hakim “Gürcü Arzusu” partiyası ilə dialoqa girməyə məcbur olacaq. Çünki Qərb birdəfəlik Gürcüstanı itirmək istəmir və təmasların qalmasında maraqlıdır. “Gürcü Arzusu” partiyası isə Qərblə arasına məsafə qoyacaq. Böyük ehtimalla Rusiya ilə münasibətlərin normallaşması mərhələsi başlayacaq. Hətta 3+3 formatı çərçivəsində növbəti sammitlərdə Gürcüstan da iştirak edə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
25
konkret.az

1Mənbələr