AZ

Elmi Cərrahiyə Mərkəzi spikerə məxsus olduğu deyilən şirkətdən yarım milyonluq tibbi cihaz alır

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi "Arash Medical Company" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
 
Valyuta.az xəbər verir ki, müqavilə tibbi cihazların satın alınması ilə bağlıdır. 

Müqavilənin maliyyə dəyəri 599 440 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Arash Medical Company" QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.

Mediada gedən məlumatlara görə, şirkətə keçmiş spiker Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədov rəhbərlik edir. İddia olunur ki, "Arash Medical Company" Oqtay Əsədovun biznes imperiyasına daxildir. 

Hüseyn

Seçilən
29
valyuta.az

1Mənbələr