ABŞ-ın Orlando şəhərində gecə saatlarında atışma olub.
Publika.az xəbər verir ki, çox sayda insanın “Hellouin” bayramını qeyd etmək üçün toplaşdığı şəhərin mərkəzindəki iki yerdə kütləyə doğru atəş açılıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Atəş açan şəxsin 17 yaşlı gənc olduğu müəyyənləşib. O, bir ərazidə atəş açdıqdan sonra digərinə gedib. İkinci hadisədən dərhal sonra həmin gənc polis tərəfindən saxlanılıb.