"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevin Misli Premyer Liqasının 12-ci turunda "Qarabağ"la heç-heçə etdikləri oyundan (0:0) sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, oyundan razı qaldığını deyib: "Azarkeşlərimiz üçün yaxşı, maraqlı oyun oldu. Ümumilikdə oyundan razı qaldıq. Səhvlərimiz də oldu. Rəqibin oyunçularının fərdi keyfiyyətlərini bilirik. Nəticədən narazı qaldığımızı demək düzgün olmazdı, ümumi oyundan da razı qaldım".