Riqa Rusiya və Belarusa qarşı sanksiyalara məruz qalan 147 şəxsin ümumi dəyəri 80 milyon avrodan çox olan aktivlərini dondurub.
O, bu qrup şəxslərə birbaşa və ya dolayısı ilə aid olan 102 daşınmaz əmlak obyekti və 80 nəqliyyat vasitəsinin dondurulduğuna aydınlıq gətirib. Təkcə bank hesablarında dondurulmuş vəsaitin məbləği 53,3 milyon avro təşkil edib.