AZ

TotalEnergies Rusiyadan 2 milyard dollar dividend ala bilməz

Fransanın TotalEnergies şirkəti Rusiyadan təxminən 1,5-2 milyard dollar çıxara bilməz.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Patrik Puyanne məlumat verib.

Onun sözlərinə görə, Fransa şirkətinin vəsaitlərinin böyük hissəsi NOVATEK-in nizamnamə kapitalı hesablarında ilişib qalıb.

Qeyd olunur ki, vəsaitlər “TotalEnergies” tərəfindən dividend kimi alınır.

Puyanne əlavə etdi ki, NOVATEK əslində bu vəsaitləri şirkət üçün öz hesabında saxlayır.

Seçilən
24
nocomment.az

1Mənbələr