"Çelsi"nin yarımmüdafiəçisi Ceydon Sanço İngiltərə Premyer Liqasının 10-cu tur çərçivəsində "Mançester Yunayted"lə matçda iştirak edə bilməyəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Enzo Mareska bildirib.
“Yaxşı görünürük. Bütün oyunçular mövcuddur. Ceydon istisna olmaqla, o, son bir neçə gündür xəstədir, lakin eyni zamanda icarə şərtlərinə uyğun da oynaya bilməyəcək”
Görüş bazar günü baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
İngiltərə çempionatının cari mövsümündə 24 yaşlı Ceydon Sanço beş oyun keçirib və o, üç məhsuldar ötürmə edib.