ABŞ-ın sabiq prezidenti Barak Obamanın qızı Malianın atasının soyadını istifadə etmədiyi üzə çıxıb.
Publika.az xəbər verir ki, rejissor olan 26 yaşlı Malia “The Heart” filmi ilə 2024 "Sundance Film Festivalı"na qatılıb. O, burada soyadından istifadə etməyib.
Barak Obama qızının bu qərarını belə izah edib: “Mən qızıma dedim ki, onlar sənin kim olduğunu biləcəklər, bunu bilirsən. O isə sadəcə işi ilə tanınmaq istəyir".