AZ

Serbiyada vağzaldakı faciədə ölənlərin sayı artdı

Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib.

“Son məlumata görə və ümid edirik ki, bu son rəqəm olacaq, 14 nəfər həlak olub. Onlardan 8-i nəfər Serbiya vətəndaşı, biri isə Şimali Makedoniyanın vətəndaşıdır. Beş nəfərin kimliyi hələ müəyyən edilməyib, – Vuçiç qeyd edib.

Qeyd edək ki, yerli media hadisə yerində axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını bildirib. Vurğulanıb ki, 14 nəfərin ölümündən əlavə, hadisə nəticəsində üç nəfər müxtəlif xəsarətlər alıb.

Seçilən
6
14
axar.az

10Mənbələr