AZ

Ərdoğan onları məhkəməyə verdi - 1 milyon tələb edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu məhkəməyə verib. 

News365.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir. 

Ərdoğanın vəkili Ahmet Özəl tərəfindən İstanbul Anadolu Baş Prokurorluğuna təqdim edilən şikayət ərizəsində Özgür Özelin Esenyurt Bələdiyyəsi qarşısında etdiyi çıxışda Ərdoğanı nalayiq ifadələrlə birbaşa hədəfə aldığı bildirilib.  İmamoğlu isə Esenyurt Bələdiyyə Başçısı Ahmet Özerin həbsinə etiraz olaraq çıxışında Türkiyə liderinə qarşı ittihamlar irəli sürdüyü üçün məhkəməyə verilib. 

Türkiyə Prezidenti onların hər birindən 1 milyon lirə mənəvi təzminat tələb edir.

Seçilən
45
8
news365.az

9Mənbələr