İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi “Əl Mayadeen” telekanalına diqqət çəkən açıqlamalar verib. O, telekanala müsahibəsində deyib ki, Tehranın zərurət yaranacağı təqdirdə, nüvə silahı yaratmağa imkan verəcək bütün imkanlara malik olduğunu iddia edib.
Onun sözlərinə görə, məsələnin texniki tərəfinə gəlincə, İranın qarşısında heç bir maneə yoxdur və yeganə “məhdudedici amil” İran lideri Ayətullah Əli Xameneinin İslam Respublikasının nüvə silahı əldə etməyə çalışmayacağına dair əmridir.
İranın nüvə doktrinasından danışan Xarazi qeyd edib ki, “Tehran xüsusən də ekzistensial təhlükə ilə üzləşərsə” onu dəyişdirmək üçün addımların atılması mümkündür. Bununla belə oktyabrın sonunda İran Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrailin İranın hərbi infrastrukturuna son hücumu fonunda respublika nüvə doktrinasını dəyişməyəcək və nüvə silahı istehsal etməyəcək.
Tural