AZ

Patriarx Kirill müharibədə ölən ruslara əbədi həyat vəd etdi

Rus Pravoslav Kilsəsinin rəhbəri Kirill (Vladimir Qundyaev) hər kəsi Kreml rəhbəri Vladimir Putin üçün dualar oxumağa çağırıb. Bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilib ki, o, Ukraynada müharibədə həlak olan rus əsgərlərinə “əbədi həyat” vəd edib.

“Dojd”un xəbərinə görə, oktyabr ayında Patriarx Kirilin “Müqəddəs Rus naminə: Vətənpərvərlik və iman” adlı kitabı işıq üzü görüb. Kitabda ruslara Putinə, Kremlə və Ukraynaya qarşı müharibədə iştirak edən əsgərlərə dəstək üçün müraciətlər yer alıb. Kirill Putini müasir “təhlükələrə” qarşı mübarizədə əsas fiqurlardan biri adlandırır və müharibədə həlak olanlara “əbədi həyat” vəd edir. Patriarxın fikrincə, Rus Pravoslav Kilsəsi ölkənin hərbi və siyasi qüvvələri ilə birlikdə “səfərbərliyə” getməlidir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural
Seçilən
12
news365.az

1Mənbələr