AZ

Ermənistan pensioner hərbçiləri geri çağırır

Ermənistan ordusunu kompketləşdirməkdə əziyyət çəkir. Tribunainfo.az xəbər verir ki, bu barədə dünən müdafiə naziri Suren Papikyan da açıqlama vermişdi.
O demişdi ki, əsas ordu hissələrində kadr çatışmazlıqları var və bunu aradan qaldırmaq üçün ciddi sıxıntılarla üzləşdirlər.
Dünən isə Ermənistan parlamenti “Hərbi xidmət haqqında” qanuna əlavələr edib. Həmin əlavələrə əsasən hazırda ehtiyatda olan və pensiyaçı hərbçilərin geri qaytarılmasını əhatə edir. Belə ki, qanuna əsasən bundan sonra Ermənistan ordusunda xidmət edəcək ehtiyatda olan zabitlər, həm işlədiklərinə görə maaş, həm də pensiyalarını ala biləcəklər.
Ermənistan Müdafiə Nazirliyi bununla əlaqədar açıqlama yayaraq, qocaları xidmətə çağırıb. Onlara lazım olan bütün şəraiti yaratmağa hazır olduqlarını bildirib

Seçilən
7
tribunainfo.az

1Mənbələr