Milli Məclisin deputatı Elman Məmmədov ABŞ-ni COP 29-da Co Baydenin müşaviri Con Podestanın rəhbərlik cəmi 10 nəfərdən ibarət nümayəndə heyətinin təmsil etməsinin müzakirə yaratmasına münasibət bildirib.
E.Məmmədov Pravda.az-a açıqlamasında bildirib ki, son dövrlərdə ABŞ Azərbaycana qarşı xeyli sayda xoşagəlməz hərəkətlər edib.
“Amerika Ermənistana hərbi təlimatçılarını, silah-sursat göndərib. ABŞ Konqresinin ermənipərəst zir-zibillərinin Azərbaycana qarşı səsləndirdikləri fikirlər də məlumdur. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycanda keçiriləcək COP29-la bağlı tədbirlərə hər dövlət özünəməxsus, öz səviyyəsini göstərən nümayəndə heyəti göndərir. Yəni ABŞ özü nədirsə, hansı səviyyədədirsə, elə öz səviyyəsinə uyğun aşağı səviyyəli heyət göndərir. COP29 Azərbaycanın tədbiri deyil, beynəlxalq tədbirdir. Sadəcə, bu dəfə Azərbaycanda keçirilir. ABŞ isə göndərəcəyi heyətlə bu beynəlxalq tədbirə münasibətini bildirir. Digər tərəfdən ABŞ-nin öz sifətini, kimliyini götürsək, belə deyə bilərik ki, ABŞ ən aşağı səviyyəli hərəkətlərə layiq dövlətdir. ABŞ dünyanın bütün nöqtələrində soyqırımıları törədən, münaqişələr, dövlət çevrilişləri yaradan, müxtəlif xoşagəlməz hərəkətlərə rəvac verən dövlət kimi tanınır. Buna görə də bizə özünə layiq heyət göndərir. Bunun Azərbaycanın nüfuzuna xələl gətirəcəyini fikirləşənlər səhv edirlər”, - deputat bildirib.
Aytəkin Qardaşova