Türkiyəli məşhur aktyor Erkan Petekkayanın yeni serialı bəlli olub.
"Cebheinfo.az" xəbər verir ki, sevilən sənətçi "Yasak Aşk" adlı serialda rol alacaq.
O, ekran işində "Cengiz Bazmanoğlu" adlı iddialı obraza həyat verəcək.
Tanınmış aktyor Görkem Sevindik isə layihədə onun qardaşı "Sinan" obrazını canlandıracaq. Həmçinin, məşhur sənətçi Kerem Alışık da sözügedən serialda rol alacaq.
O isə "Dərman" obrazını canlandıracaq.
Qeyd edək ki, "Yasak Aşk" tezliklə "ATV"-də başlayacaq. Ekran işinin qadın rol obrazı "Hande Alkan"a isə hansı aktrisanın həyat verəcəyi hələlik bəlli deyil. Bununla bağlı bir çox aktrisa ilə danışıqlar aparılır.