UEFA "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
QOL.az xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssisin Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Mançester Yunayted"lə matçda qırmızı vərəqə almasıdır.
Ona görə də UEFA İntizam Komitəsi Mourinyoya 1 oyunluq cəza verib. O, Liqa mərhələsinin 4-cü turunda "AZ Alkmaar" ilə oyunda komandasının yanında ola bilməyəcək.
Həmçinin Avropanın ali futbol qurumu "Fənərbaxça"nı 29 in avro cərimələyib. Buna səbəb isə "Mançester Yunayted"lə matçda azarkeşlərin meydana yad əşyalar atması və görüşün gec başlamasıdır.