AZ

Norris xal fərqini 47-yə endirdi

Həftəsonu keçirilən Meksika mərhələsində “Ferrari”nin pilotu Karlos Sayns fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

İspaniyalı cari mövsümdə 2-ci dəfə bunu bacardı. 2-ci yeri “Maklaren”dən Lando Norris, 3-cü yeri isə Saynsın komanda yoldaşı Şarl Lekler tutdu.

Hələ də fərdi hesabda liderliyi qoruyan Maks Ferstappen finişə 6-cı çatdı. Niderlandlı 10-cu dövrədə Norrisi ötməyə çalışsa da, stüardlar onun təhlükəli hərəkət etdiyini bildirib, hesabına iki 10 saniyəlik cərimə yazdı. Ferstappen 362 xalla öndə qərarlaşıb. Norris isə sona 4 mərhələ qalmış liderdən geriliyi 47 xala endirdi. Lekler Ferstappendən 71 xal geri qalır.

Mühəndislər kubokunda yerdəyişmə oldu. “Maklaren” liderliyi qorudusa, xalını 537-yə çatdıran “Ferrari” “Red Bull”u 2-ci pillədən sıxışdırdı.

Təsnifat mərhələsi
1. Karlos Sayns (İspaniya) 1.15,946
2. Maks Ferstappen (Niderland) 1.16,171
3. Lando Norris (B.Britaniya) 1.16,260
4. Şarl Lekler (Monako) 1.16,265
5. Corc Rassell (B.Britaniya) 1.16,356
6. Lüis Hemilton (B.Britaniya) 1.16,651
7. Kevin Maqnussen (Danimarka) 1.16,886
8. Pyer Qasli (Fransa) 1.16,982
9. Aleksandr Albon (Tayland) 1.17,065
10. Niko Hülkenberq (Almaniya) 1.17,365
11. Yuki Sunoda (Yaponiya) 1.17,129
12. Liam Louson (Yeni Zelandiya) 1.17,162
13. Fernando Alonso (İspaniya) 1.17,168
14. Lens Stroll (Kanada) 1.17,294
15. Valtteri Bottas (Finlandiya) 1.17,817
16. Franko Kolapinto (Argentina) 1.17,558
17. Oskar Piastri (Avstraliya) 1.17,597
18. Serxio Peres (Meksika) 1.17,611
19. Esteban Okon (Fransa) 1.17,617
20. Quanyuy Çjou (Çin) 1.18,072

Həlledici mərhələ
305,354 km (4304 metrlik 71 dövrə)
1. Karlos Sayns Ferrari 1:40.55,800
2. Lando Norris Maklaren +4,705
3. Şarl Lekler Ferrari +34,387
4. Lüis Hemilton Mersedes +44,780
5. Corc Rassell Mersedes +48,536
6. Maks Ferstappen Red Bull +59,558
7. Kevin Maqnussen Haas +1.03,642
8. Oskar Piastri Maklaren +1.04,928
9. Niko Hülkenberq Haas 1 dövrə
10. Pyer Qasli Alpin 1 dövrə
11. Lens Stroll Aston Martin 1 dövrə
12. Franko Kolapinto Uilyams 1 dövrə
13. Esteban Okon Alpin 1 dövrə
14. Valtteri Bottas Zauber 1 dövrə
15. Quanyuy Çjou Zauber 1 dövrə
16. Liam Louson RB 1 dövrə
17. Serxio Peres Red Bull 1 dövrə

Yuki Sunoda (RB), Aleksandr Albon (Uilyams) və Fernando Alonso (Aston Martin) finişə çatmayıb.

Şəxsi birincilik
1. Maks Ferstappen 362 xal
2. Lando Norris 315
3. Şarl Lekler 291
4. Oskar Piastri 251
5. Karlos Sayns 240
6. Lüis Hemilton 189
7. Corc Rassell 177
8. Serxio Peres 150
9. Fernando Alonso 62
10. Niko Hülkenberq 31
11. Lens Stroll 24
12. Yuki Sunoda 22
13. Kevin Maqnussen 14
14. Aleksandr Albon 12
15. Daniel Rikkyardo 12
16. Pyer Qasli 9
17. Oliver Berman 7
18. Franko Kolapinto 5
19. Esteban Okon 5
20. Liam Louson 2

Mühəndislər kuboku
1. Maklaren 566 xal
2. Ferrari 537
2. Red Bull 512
4. Mersedes 366
5. Aston Martin 86
6. Haas 46
7. RB 36
8. Uilyams 17
9. Alpin 14

Seçilən
25
football-plus.az

1Mənbələr