AZ

İran Qərbi TƏHDİD ETDİ: "Təhlükə yaranarsa..."

İran ekzistensial təhlükə (ölkənin məhv olmasına səbəb ola biləcək təhlükə - red.) yaranarsa, raketlərinin uçuş məsafəsini artıracaq. 


Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi deyib.

 

“Əgər İran İslam Respublikası ekzistensial təhlükə ilə üzləşsə, biz qaçılmaz olaraq hərbi doktrinamızın siyasətini dəyişəcəyik. İndiyə qədər Qərbin, xüsusən də avropalıların həssaslığını nəzərə almışıq. Amma onlar bizim həssaslığımızı nəzərə almadıqda, xüsusən də İran İslam Respublikasının ərazi bütövlüyü məsələsində, onların həssaslığını nəzərə almağa davam etməyəcəyik” - Xərrazi bildirib.


Xərrazinin sözlərinə görə, İran nüvə silahı istehsal etməyə də qadirdir, lakin onun fəaliyyəti ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin mandatı ilə məhdudlaşır və kütləvi qırğın silahlarının yaradılmasını qadağan edir. 


Bundan əvvəl Ali Rəhbər Xamenei İsrailə qarşı cavab zərbəsi planının hazırlanması barədə göstəriş vermişdi. Noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra İranın İsrailə qarşı növbəti hücuma keçəcəyi gözlənilir.


Vasif
 

 

 

Seçilən
33
sfera.az

1Mənbələr