AZ

"Tuşonka" satan erməni generalın qızı dindirilməyə çağırıldı - FOTO

Qarabağın qanlı işğalının fəal iştirakçılarından olan Manvel Qriqoryanın qızı Naira Qriqoryan dələduzluqda ittiham olunur. 

Milli.Az xəbər verir ki, daha əvvəl N.Qriqoryanın köməkçisi dələduzluqda iştirak etdiyinə görə həbs edilib: O, saxta pasportlar və nikah şəhadətnamələri, habelə etibarnamə və arayışlar hazırlayan cinayətkar qrupuna yardım edib.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi general-leytenant Manvel Qriqoryanın qızı Naira Qriqoryanı dindirməyə çağıracaq. Artıq istintaq üzrə yeddi şəxs barəsində istintaq tamamlanıb. 

Qeyd edək ki, Naira Qriqoryanın atası Manvel Qriqoryan Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. O, 1956-cı ildə doğulub. Yerevan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.  O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. M.Qriqoryanın dəstəsi Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.

2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda da təqsirli bilinir.  Onun "Əsgər payı" adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində gizlətdiyi məlum olub.  Ermənistanın keçmiş müdafiə nazirinin müavini, deputat Qriqoryanın arvadı Nazik Amiryan da əsgərlər üçün nəzərdə tutulan 3 minə yaxın ət konserv bankasını gizlətməyə cəhd edib.

Nərmin Mahmudova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
5
4
milli.az

5Mənbələr