AZ

La Liqa matçı baş tutmaya bilər

La Liqanın 12-ci turunda keçiriləcək on matçdan biri baş tutmaya bilər.

“Valensiya” – “Real” matçının təxirə salınmaq ehtimalı var. “Relevo” nəşrinin məlumatına görə, buna Valensiyada və ətraf bölgələrdə baş verən təbii fələkət səbəb ola bilər. Leysan yağışı və daşqınlar nəticəsində onlarla insan həlak olub və yerli hakimiyyət regionda matəm elan edib.

Qeyd edək ki, İspaniya kubokunun oktyabrın 30-da keçirilməli olan “Valensiya” – “Parla” və “Levante” – “Pontevedra” matçları təxirə salınıb. La Liqanın “Valensiya” – “Real” oyunu noyabrın 2-də keçirilməlidi.

Seçilən
29
football-plus.az

1Mənbələr