AZ

Qubada maşında yandırılan qadınla kişiyə görə - Ömürlük həbs

Qubada 7 il əvvəl iki nəfəri öldürüb meyitlərini yandırmaqda ittiham olunan Osman Ömərov və Əflatun Əspəndiyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hafiz Əliyevin sədrlik etdiyi hakimlər bu qənaətə gəliblər ki, Osman törətdiyi əmələ görə bütün ömrünü, Əflatun isə ömrünün 18 ilini həbsdə keçirməlidir. Hökmə əsasən, O.Ömərov ömürlük, Ə.Əspəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2017-ci ildə Quba rayonunun Küpçalqışlar kəndində baş verib. Cinayətin üstü 5 il sonra açılıb. Məlum olub ki, 40 yaşlı Osman Ömərov 38 yaşlı Rəhman İşıqovu və 19 yaşlı Ülviyyə Məmmədovanı qisas almaq üçün qısqanclıq məqsədilə qətlə yetirib. O, cinayət izini itirmək üçün qəza görüntüsü yaratmaq məqsədilə onların meyitlərini elə Rəhmanın öz avtomobilinin içərisində yandırıb. İstintaqla Əflatun Əspəndiyevin də ona kömək etdiyi müəyyən edilib.

Hadisədən sonra Osmanın əvvəllər qətlə yetirdiyi Ülviyyə ilə sevgi münasibəti olduğu haqda məlumatlar yayılıb. 

Seçilən
6
9
avtosfer.az

10Mənbələr