AZ

“Sosial verilişlər millətin bəzi təbəqəsinin iç üzünü çılpaqlığı ilə üzə çıxardı”

“Nə yaxşı ki, bu ictimai-sosial verilişlər oldu. Amma digər rakursdan baxıb deyirəm ki, kaş ki, olmazdı”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Sənətçi proqramda televiziyanın insanlara və cəmiyyətə təsirindən söz açıb:

“Kaş ki, olmazdı ona görə ki, millətin bəzi təbəqəsinin iç üzü bütün çılpaqlığı ilə üzə çıxdı. Sosial şəbəkələrin əleyhinə deyiləm. Əsas televiziyadır. Nə qədər “TikTok” və buna bənzər digər sosial şəbəkələr olsa da belə onlar televiziya qədər sənə yansımaz və evinə təsir edə bilməz. İndi biz efirdə bu verilişdə oturmuşuq və ekranın o başında bizə milyonlarla insan baxır. “TikTok”a baxa bilərəm amma bir saniyədən sonra başqa bir şeyə çevirə bilərəm. Amma televiziya hər zaman önəmli olacaq. Bunu bilin. Bəzi müğənnilər söyləyirlər ki, mənim əlimdə öz televiziyam var (sosial şəbəkələrdə səhifələri nəzərdə tutur – red.) neynirəm televiziyanı. Mən bir il yarım efirə çıxmadım. Bu forsdan deyil. Bu müddət ərzində anladım ki, televiziyanın gücü bir başqadır. Qaldı müğənnilərin özünü məsum kimi göstərmələrinə... Nə yazıq ki, özünü məsum göstərənlər, maska arxasında olanlar insanların iç dünyasını təsir edə bilirlər. Misal üçün bir neçə “məsum” müğənni burada adını çəkmək istəmirəm, qaranlıq həyatı var amma üzündə bir məsumluq var”.

Seçilən
17
olay.az

1Mənbələr