AZ

Narinin qətlində pul təklifi iddiası: “Ona deyin ki, cinayəti üzərinə götürsün”

Diyarbəkirdə itdikdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaqında yeni təfərrüatlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Narini çuvalda (böyük kisə) aparıb basdırdığını etiraf edərək həbs olunan Nevzat Bəxtiyarın qardaşı V.Bəxtiyar "A Haber"ə danışıb.

"Bu prosesdə hər şey ayın 17-də üzə çıxacaq. Biz dövlətimizə və ədalətimizə güvənirik. Bunu kim edibsə, cəzasını alsın, heç kim heç kimi müdafiə etməsin. Mən qardaşımı müdafiə etmirəmsə, heç kim heç kəsi müdafiə etməməlidir.

Əllərində sübut varsa, mənim qardaşımı günahlandıra bilərlər, amma bunu pulları ilə edəcəklər? Bu baş verə bilməz. Biz vəkil tutmamışıq. Bunu qardaşım cinayəti etiraf etdiyi üçün etmədik. Etiraf etdi, amma qardaşım deyir ki, onu mən öldürməmişəm, öldürən onlardır. Biz heç kimi tanımırıq”, - deyə o bildirib.

“Nevzat Bəxtiyar cinayəti üzərinə götürsün dedilər”

Seçilən
19
publika.az

1Mənbələr