Çin istehsalı olan elektrik mühərrikli 160 avtobus noyabrın 11-dən etibarən xəttə çıxarılacaq.
FED.az xəbər verir ki, bunu "Baku Bus"-ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva bildirib.
2024-cü il istehsalı olan avtobusların istismar müddəti 15 ildir.
Elektrik avtobusu ilə yanaşı 100 ədəd şarj cihazları da alınıb.
220 elektrik avtobusu tutumuna malik, ümumi ərazisi 5,4 hektar olan Zığ avtoparkında marşrut xətlərinin monitorinq mərkəzi yaradılıb. Mərkəz vasitəsilə marşrut xətlərinin izlənməsi, qrafiki, sərnişin təhlükəsizliyini səmərəli şəkildə təmin etmək mümkün olacaq.