Misli Premyer Liqasının 2024/25 mövsümündə ən çox quru oyun keçirən qapıçılar bəlli olub.
İdman.biz xəbər verir ki, çempionatın rekordçusu İqor Konovalovdur.
“Turan Tovuz”un legioneri 12 tur ərzində 7 dəfə qapısını toxunulmaz saxlayıb. Onun ən yaxın izləyicisi Kristian Avraamdır. “Araz-Naxçıvan”lı 5 matçda qol buraxmayıb.
Üç qapıçının hesabında 4 quru oyun var. Az əvvəl meydana çıxan “Şamaxı” və “Zirə”də forma geyinən Rikardo Fernandeslə Aydın Bayramov 5-ci quru matçı keçirə bilərlər. “Qarabağ”ın legioneri Mateuş Koxalski də dörd dəfə meydanı qol bruaxmadan tərk edib.
Qeyd edək ki, cari mövsümün arxada qalan hissəsində 17 qapıçı meydana çıxıb.
İdman.biz