Fransa nəhəngi PSJ bir azarkeşi klubun hücumameyilli yarımmüdafiəçisi Li Kan İnlə bağlı söylədiyi fikrə görə cəzalandırıb.
Arena.az bu barədə Fransa klubunun mətbuat xidmətinə istinadən məlumat verir:
“PSJ irqçiliyin heç bir təzahürünə dözmür. Li Kan İn ilə bağlı hadisədə iştirak etmiş pərəstişkar, fan-klubdan həmişəlik qovulub, oyunçudan isə məşqdən dərhal sonra üzr istənilib”, – klubun mətbuat xidmətinin açıqlamasında deyilir.
Xatırladaq ki, hadisə PSJ-nin Marsel “Olimpik”i ilə oyunöncəsi məşqində baş verib. Azarkeş Paris klubunun oyunçularını salamlayıb, cənubikoreyalı futbolçu Li Kan İn meydana daxil olanda isə “İrəli, mənim çinlim”, deyə qışqırıb.