ABŞ-da prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, ABŞ-ın Avropada geosiyasi dominantlığı dövrü başa çatıb.
Teleqraf.com xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk "X" sosial şəbəkəsində bildirib.
“Bəziləri iddia edir ki, Avropanın gələcəyi ABŞ seçkilərindən asılıdır, lakin ilk növbədə bu, bizdən asılıdır. Bir şərtlə ki, Avropa nəhayət öz gücünə inansın. Geosiyasi autsorsinq erası bitdi”, - deyə o yazıb.
Müəllif: Arzu