AZ

Almaniyadan İngiltərəyə üz tutacaq?

Leroy Sane mövsümün sonunda “Bavariya”dan ayrıla bilər.

Onun Almaniyadan İngiltərəyə üz tuta biləcəyini tanınmış jurnalist Nikolo Skira xəbər verib. Tanınmış jurnalist 28 yaşlı yarımmüdafiəçinin xidmətində premyer-liqada çıxış edən bir sıra klubların maraqlı olduğunu bildirib.

Leroyun “Bavariya” ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Klubu ilə yeni sözləşmə imzalamayan futbolçunun iş yerini azad agent kimi dəyişmək ehtimalı çoxdu.

Seçilən
40
football-plus.az

1Mənbələr