Türkiyəli məşhur aktrisa Arzu Yanardağ son zamanların ən məşhur məhsullarından olan Dubay şokoladı ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Medianews.az xəbər verir ki, aktrisa dubay şokoladlarının kiflənmiş fıstıqlardan hazırlandığını iddia edib.
“Belə dəbdə olan şeylər məni iyrəndirir. Bu gün bəzi xəbərlərə baxmısınız? Avropadan tonlarla fıstıq qayıdır. Dubay şokoladı onlardan hazırlanır. O fıstıqları nə üçün geri qaytardılar? Çünki kifli idi və tərkibində çox zəhərli maddələr var idi”,-deyə Arzu Yanardağ.
Medianews.az