"Real Madrid"in əfsanəsi Marselo Braziliyanın "Fluminense" klubundan ayrılıb. 

Offsideplus.az xəbər verir ki, buna dünən oyun zamanı baş məşqçi Mano Menezesin ona göstərişlər verərkən toxunması səbəb olub. Marselo baş məşqçiyə ona toxunmamasını deyib, mütəxəssis isə onu skamyaya itələyib və meydana çıxarmayıb. 

Bundan sonra klub və futbolçu arasında müqaviləyə xitam verilib.