AZ

“Buna görə yeni baş məşqçinin təyin edilməsi ilə bağlı sürətli qərar qəbul edildi”

İngiltərə millisinin və “Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager portuqaliyalı mütəxəssis Ruben Amorimin “Mançester Yunayted”ə təyinatına münasibət bildirib.

Sportinfo.az “BBC Sport”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu bunun Amorim üçün ciddi sınaq olduğunu söyləyib:

“Bu, Amorim üçün ciddi sınaqdır. “Mançester Yunayted” hazırda 14-cü yerdədir ki, bu, onların mövqeyi deyil.

Buna görə də yeni baş məşqçinin təyin edilməsi ilə bağlı sürətli qərar qəbul edildi”.

Bu həftənin əvvəlində niderlandlı çalışdırıcı Erik ten Haq “qırmızı şeytanlar”ın baş məşqçisi postundan qovulub.

Amorim “Mançester Yunayted”lə 2027-ci ilə qədər olan müqavilə imzalayıb. O, hazırda Lissabon “Sportinq”i ilə bütün məsələlərdə razılığa gəldikdən sonra “qırmızı şeytanlar”a keçəcək.

Seçilən
36
sportinfo.az

1Mənbələr