17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində sonuncu oyununu keçirib.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.