Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı, sabiq sənaye və texnologiya naziri Mustafa Varank qəzaya düşüb.
Modern.az-ın məlumatına görə, Bursa vilayətində istehsal olunan nəqliyyat vasitəsinin sınaqları zamanı Mustafa Varankın da olduğu maçın ağaca çırpılıb.
Deputat xəsarət almayıb, nəqliyyat vasitəsinə ziyan dəyib.
"Əslində özüm istifadə edərkən heç bir problem yaşamadım. Şükür Allaha, qəzadan problemsiz sağ çıxdıq", - o, daha sonra sosial media hesabında yazıb.