“Barəmdə deyirlər ki, “Range Rover” alıb veribsən. Vallah mənim bunda xəbərim yoxdur. Bilmirəm kim, kimə maşın alıb, kim maşın satıb. Niyə boş-boş şeylərdən danışırıq. Mən kiməsə maşın alıb versə idim, açıq şəkildə videosunu da çəkib paylaşardım, hər kəs də görərdi”.
32gun.az xəbər verir ki, bu sözləri “Quseynoff” MMC-nin sahibi, iş adamı Emin Hüseynov barəsində yayılan şayiələrə cavab verərəkən deyib.
“Heç nədən utanmıram, heç kimdən də çəkinmirəm. Çünki attdığı addımı da, etdiyim hərəkəti də yaxşı bilirəm.
Kiməsə maşın alıb versə idim həmin avtomobilin yanında dayanıb özüm təqdim edərdim. Amma gəlin etmədiklərimdən yox, etdiklərimdən danışaq” – deyə iş adamı qeyd edib.
Qeyd edək ki, Emin Hüseynov istər pandemiya dövründə, istərsə də Vətən Müharibəsində ölkənin çətin vəziyyətində dövlət başçısı cənab İlham Əliyevin çağırışı, ölkənin I vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampanyasına qoşulub, Xalqına, millətinə öz köməyini göstərib.Bu yardım çərçivəsində şəhid ailələri və qaziləri də unutmayıb.
Hətta xatırladaq ki, Şəhid Sübhan Abdurahmanlı Mahir oğlunun anası Mehriban xanım və digər şəhid ailələri bir müddət gün öncə Emin Hüseynov barədə, onun etdiyi yaxşılıqlar haqqında ağızdolusu danışmışdı. Bununla bağlı sosial şəbəkələrdə görüntülər mövcuddur.