Noyabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) keçirir.
DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan vermək üçün 1754 (KOSS - 376, MHBS - 647, İSMUBS - 731) nəfər müraciət edib.
İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.
Üç saat davam edən imtahanda namizədlərə 40 test tapşırığı təqdim olunur. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 9 binada təşkil ediləcək. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 162 nəzarətçi cəlb olunub.
Bizim.Media