AZ

Vətən müharibəsinin 38-ci günü: Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur edilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2020-ci il noyabrın 3-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz səkkizinci günü.
Oxu.Az xatırladır ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edir. Ağdam və Ağcabədinin kəndlərindəki mülki infrastrukturu, Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Zəngilanda yerləşən mövqelərimizi yenidən atıcı silahlar, minaatanlar və toplardan atəşə tutan düşmənə ağır zərbələr endirilir. Ağdərə, Ağdam və Xocavənd istiqamətində düşmən hücumunun qarşısı alınır. Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur edilir.
Ermənistan ordusunun daimi dislokasiya məntəqəsində səngərlərdə və atəş mövqelərində, aralarında yüksəkrütbəlilərin də olduğu xeyli sadə canlı qüvvəsi məhv edilir. Gün ərzində Ermənistan ordusunun 4 Qrad yaylım atəşli reaktiv sistemi, 1 "KUB" zenit-raket kompleksi, 9 müxtəlif tipli topu, 2 sursatla dolu yük maşını, Xankəndi yaxınlığında 2 sursat anbarı, o cümlədən cəbhədə uçuş keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı (PUA) sıradan çıxarılır. Xeyli sayda hərbi qənimət ələ keçirilir, legitim hərbi hədəfləri dəqiq atış zərbələri ilə darmadağın edilir.
Beləliklə, müharibənin 38-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.
Mərahim Nəsib
Seçilən
40
50
oxu.az

10Mənbələr