AZ

İranda zəlzələ baş verdi

İranın Semnan əyalətində 4.8 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə İran Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla 05:16-da baş verən yeraltı təkanların episentri Gərmsar şəhərinin yaxınlığında, yerin 11 kilometr dərinliyində yerləşib.

Zəlzələ Tehran və Kərəc şəhərlərində də hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Seçilən
37
1
axar.az

2Mənbələr