AZ

Boliviyada Morales tərəfdarları 200-dən çox əsgəri girov götürüblər

Boliviyada keçmiş prezident Evo Morales tərəfdarları üç hərbi hissəyə hücum edərək 200-dən çox hərbçini əsir götürüblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Cadena TV portalı Facebook-da ölkənin Xarici İşlər Nazirliyinin müvafiq bəyanatını dərc edərək bildirib.

Noyabrın 2-də yayılan bəyanatda deyilir: “Bir gün əvvəl Koçabamba departamentinin Çapare şəhərində üç hərbi hissə nizamsız qrupların hücumuna məruz qalıb və bu bölmələrin iki yüzdən çox əsgəri girov götürülüb”.

Boliviya Xarici İşlər Nazirliyi işğalçıların hərbi hissələrin ərazisində yerləşən silahlı qüvvələrin silahlarını mənimsədiyini, bunun “ağır cinayət” olduğunu və ölkə əhalisi üçün “risk və təhlükə yaratdığını” vurğulayıb.

Seçilən
99
nocomment.az

1Mənbələr