AZ

“Qələbə qaçışı”nın qalibi: Bu yarış mənim üçün yeni təcrübə oldu

“Qələbə qaçışı” mənim üçün yeni təcrübə oldu”.

“İki sahil” xəbər verir ki, bu sözləri “Qürurla irəli” devizi altında təşkil edilən “Qələbə qaçışı”nda birinci yeri tutan Elmar Abışov jurnalistlərə açıqlamasında deyib.

O, finişə birinci çatdığına görə sevinc içində olduğunu söyləyib: “On bir ildir ki, bu idman növü ilə məşğul oluram. Dəfələrlə ölkədaxili yarışların qalibi olmuşam. Bakı şəhərində 2019-cü ildə keçirilən marafonda üçüncü yeri tutmuşdum. Bu yarışda isə fəxri kürsünün ən yüksək pilləsinə qalxdım”.

Qeyd edək ki, “Qələbə qaçışı”nda kişilər arasında birinci yeri Elmar Abışov, qadınlarda isə Anna Yusubova tutub.

Seçilən
37
ikisahil.az

1Mənbələr