"Krivbass"la oyunda çox güc sərf etdik. Futbolçular səylə oynadılar və bu nəticə verdi".
İdman.biz xəbər verir ki, bunu Azərbaycan yığmasının üzvü Emil Mustafayev deyib.
"Polesye"də çıxış edən 23 yaşlı futbolçu Ukrayna kubokunda "Krivbass" üzərində qazanılan 2:1 hesablı qələbə və çempionatda "Aleksandriya" ilə keçiriləcək oyun barəsində danışıb: "Kubok oyunundan sonra bərpa üçün kifayət qədər vaxtımız yoxdur. Hazırda heç də ağır məşqlər etmirik. "Aleksandriya" ilə görüşə kimi hər şeyin qaydasına düşəcəyini düşünürəm. Məşqçi heyəti bunun üçün əlindən gələni edir".
Qeyd edək ki, Emil "Krivbass"la oyunda meydana çıxmaq şansı qazanmayıb.
İdman.biz